XƏBƏRLƏR
193 Arxiv

2019.04.10

“Azərbaycan dendroflorası” kitabının IV cildi çapdan çıxıb

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun “Azərbaycan dendroflorası” kitabının IV cildi çap olunub.

Kitabın IV cildində yerli və xarici floraya mənsub 3 fəsilə, 1 yarımfəsilə, 29 cinsə aid 305 növ ağac-kol bitkisinin yayılma arealı, ekologiyası və istifadəsi haqqında məlumat verilib. Bu cilddə Azərbaycanın dendroflorasında təbii və mədəni şəraitdə yayılmış Ranunculaceae Juss., Rhamnaceae Juss. Rhamnaceae Juss. və Rosaceae Juss. fəsiləsinə aid cins və növlərin APG III-IV sisteminə əsasən taksonomiyası, təyinedici açarları, botaniki təsviri, ümumi yayılma arealı, ekoloji mühit amillərinə münasibəti və tətbiq sahələri göstərilib.

Nəşrin bu cildi Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş ekspedisiyalar zamanı bitkilərin təbii yayılma arealı müəyyənləşdirilərək, çəkilən şəkillər və toplanmış herbari materialları əsasında hazırlanıb. Mədəni floramızda istifadə olunan müxtəlif floristik zonalara mənsub introduksiya olunan bitkilər, onların taksonomik tərkibi də araşdırılmaqla nəşrə daxil edilib.

Kitab botanik, ekoloq və dendroloqlar, həmçinin ali və orta ixtisas məktəbinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

http://science.gov.az/news/open/10164