XƏBƏRLƏR
2023 Arxiv

2019.03.06

Zoologiya İnstitutunun əməkdaşları “Gənc bioloqların qış məktəbi-2019” adlı layihədə iştirak ediblər

27 fevral - 1 mart 2019-cu il tarixlərində AMEA Zoologiya İnstitutunun əməkdaşları AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Gənc bioloqların qış məktəbi-2019” adlı layihəsində iştirak ediblər. Layihədə iştirak edən Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova və institutun digər əməkdaşları Sevinc Rəcəbova, Nigar Mehdiyeva, Gülnar Quliyeva, Hamyə Tahirova və Yusif  Babayev sertifikatlarla təltif olunublar.

Bundan əlavə institutun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova layihədə “Quşların köç dinamikası və onları tənzimləyən mexanizmlər” adlı mövzu ilə də çıxış edib.