XƏBƏRLƏR
314 Arxiv

2019.03.04

Dendrologiya İnstitutu ilə tanışlıq gənc bioloqların marağına səbəb olub

“Gənc bioloqların qış məktəbi - 2019”un iştirakçıları AMEA-nın Dendrologiya İnstitutunu ziyarət ediblər.

Qonaqları institutun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Zümrüd Məmmədova qarşılayaraq gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, respublikanın ictimai həyatında aktiv iştirak etdiklərini bildirib və layihənin onların elmə cəlb olunmasına töhfə verəcəyini söyləyib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d., dosent Famin Salmanov isə öz növbəsində qış məktəbinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutların gənc alim və mütəxəssislərinin, eləcə də respublikanın ümumtəhsil müəssisələrinin gənc bioloqlarının elmi biliklərinin təkmilləşdirilməsinə, həmçinin onların gələcək fəaliyyətlərinin istiqamətləndirilməsinə xidmət etdiyini bildirib.

Daha sonra gənclər müəssisənin yeni texnologiyalarla təchiz edilmiş laboratoriyaları ilə tanış olub, institutun nadir ekzotik və endemik bitkiləri, bitki biomüxtəlifliyi barədə məlumat alıblar.

http://science.gov.az/news/open/9901