XƏBƏRLƏR
2289 Arxiv

2019.02.22

Zoologiya İnstitutunda Rəhbər Heyətin Mülki Müdafiə məşqi keçirilib

22 fevral 2019-cu il tarixində Zoologiya İnstitutunda “ Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili ” mövzusunda Rəhbər Heyətin Mülki Müdafiə məşqi keçirilib.

Məşqə institutun rəhbər heyəti, şöbə və laboratoriya rəhbərləri, struktur  bölmələrin rəisləri, Fövqəladə Hallar komissiyasının sədri və üzvləri, Mülki Müdafiə qərargahı və hərbiləşdirilməmiş dəstələrin komandir-rəis heyəti cəlb edilib. Məşqi institutun direktoru f.ü.f.d. Elman Yusifov açdıqdan sonra söz Mülki Müdafiə qərargah rəisi Eldar Bayramova verilib. Sonda Fövqəladə hallarda davranış qaydalarına aid video çarxlar göstərilib və iştirakçıların sualları cavablandırılıb.