
2019.02.21
Fiziologiya İnstitutunda “Horizon-2020” proqramına dair seminar keçirilib
AMEA-nın Fiziologiya İnstitutunda “Horizon-2020” proqramına müraciət qaydaları barədə maarifləndirici seminar keçirilib.
Seminarı institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Zenfira Qədimova açaraq proqrama müraciət qaydalarından danışıb.
Sonra “Horizon-2020”nin milli əlaqələndiriciləri Fərid Seyfullayev və Zaur Həsənov proqramın strukturu, hüquqi aspektləri, tədqiqatçıların qeydiyyatdan keçməsi, layihələrin yazılması, göndərilməsi və qiymətləndirilməsi haqqında məlumat verib, öz təcrübələrini bölüşüblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
http://science.gov.az/news/open/9837