XƏBƏRLƏR
2823 Arxiv

2019.02.08

Zoologiya İnstitutunun əməkdaşları Yüksək Texnologiyalar Parkının istehsal prosesi ilə tanış olublar

7 fevral 2019-cu il tarixində akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, həmçinin AMEA Zoologiya İnstitutunun əməkdaşları Sevinc Rəcəbova və Yusif Babayev AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət edib, istehsal prosesi ilə tanış olublar.

Gənc alimlər YT Parkın yeni yaradılan Strateji Elmi Analitik Sınaq Mərkəzinə (SEASM) baş çəkib, sonra müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər. Daha sonra Yüksək Texnologiyalar Parkının rəhbərliyi gənclərlə görüş keçirib və onları əməkdaşlığa dəvət edib.