XƏBƏRLƏR
2757 Arxiv

2019.01.29

Zoologiya İnstitutunun əməkdaşı V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında çıxış edib

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi 26-27 yanvar 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən  V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında “2018-ci ildə Azərbaycanda nozematoz xəstəliyinin son vəziyyəti və molekulyar səviyyədə təyini” mövzusu ilə çıxış edib və sertifikatla təltif olunub.

Konfransın keçirilməsində əsas məqsəd  arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdan ibarət olub.

Konfransda  həmçinin Türkiyə və  Rusiyadan olan elm adamları da öz təcrübələrini yerli arıçılarla bölüşüblər.