XƏBƏRLƏR
564 Arxiv

2019.01.03

Fiziologiya İnstitutunun əməkdaşı M.V.Lomonosov adına medala layiq görülüb

Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası Rəyasət Heyətinin BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə keçirdiyi iclasda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Ekotoksikologiya laboratoriyasının müdiri, b.ü.f.d. Qriqoriy Palatnikov bəzi ətraf mühitin problemlərinin və təhlükəsizlik məsələlərinin həlli yollarının və vasitələrinin inkişafına verdiyi töhfələrə görə M.V.Lomonosov adına medala layiq görülüb.

Qeyd edək ki, Qriqoriy Palatnikov 40 ildən artıqdır Fiziologiya İnstitutunda çalışır. Alimin elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin müxtəlif çirklənmələrinin, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir. O, 2018-ci ildən Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının üzvüdür.

http://science.gov.az/news/open/9470