XƏBƏRLƏR
744 Arxiv

2018.12.27

Zoologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri "İlin peşəkar gənci" fəxri adına layiq görülüb

27 dekabr 2018-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib. Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan əlli istedadlı gənc, o cümlədən AMEA Zoologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Vüsalə Nərimanova AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub.