XƏBƏRLƏR
718 Arxiv

2018.10.26

Zoologiya İnstitutunda növbəti Mülki Müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib

AMEA Zoologiya İnstitutunun 2018-ci il üçün Mülki Müdafiə üzrə tədbirlər planına müvafiq olaraq 26 oktyabr 2018-ci il tarixində hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələri ilə “Fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanması” mövsusunda xəbərdarlıq və toplanış məşqi keçirilib. Mülki Müdafiə qərargah rəisi E.Bayramov Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinin siyahı və təchizatını bir daha dəqiqləşdirib, funksional vəzifələri onların diqqətinə çatdırılıb. İclasda fövqaladə hallar üzrə kommisiyanın sədr və üzvləri, Mülki Müdafiə qüvvələrinin rəhbər və şəxsi heyəti iştirak edib. 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.