XƏBƏRLƏR
3025 Arxiv

2018.10.16

Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda iştirak edib

AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Sultanov 24-28 sentyabr 2018-ci il tarixlərində Amerikanın Utah ştatının Logan şəhərində “14-cü Beynəlxalq Şimal Kəklikləri simpozium”da (14th International Grouse Simposium) iştirak edib. Utah Dövlət Universitetində keçirilən simpoziumda ABŞ-nın əksər ştatlarından və dünyanın bir çox ölkələrindən təqribən 150-yə yaxın alim və mütəxxəsislər iştirak ediblər. Simpoziumun keçirilməsində əsas məqsəd Şimal Kəkliklərinin ekologiyası və populyasiyaların dinamikasının öyrənilməsi, onlara edilən antropogen təsirlər və bu təsirlərin idarə olunmasından ibarətdir. Sonuncu sesiyada Elçin Sultanov ”Qafqaz dağ-meşə xoruzlarının Azərbaycanda müasir vəziyyəti” adlı təqdimatla çıxış edib. Simpozium tezislərinin “Grouse News” beynəlxalq bülletenin növbəti nəşrində çap olunması planlaşdırılır.