XƏBƏRLƏR
3231 Arxiv

2015.12.01

İnstitut əməkdaşı Almaniyadakeçirilən təlimlərdə iştirak edib

AMEA Zoologiya İnstitutu Teriologiya laboratoriyasının əməkdaşı Elşad Əsgərov Almaniyada “Ekoloji Dəhlizlərin Yaradılması” mövzusunda keçirilən təlimlərdə iştirak etmişdir. Tədbirdə Hessen Meşə Təssərrüfatı İdarələrinin təcrübəsi ilə tanış olunub. Bir həftədən artıq çəkmiş bu təlim kursunda Almaniya meşəçiləri öz təcrübələrini təlim iştirakçıları ilə bölüşmüşlər. Son illər ərzində ölkəmizdə yaradılmış və inkişaf etdirilmiş Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri arasında ekoloji dəhlizlərin yaradılması və bununla da heyvanların miqrasiyasının təmin olunması vacib məsələ sayılır. Respublikamızın zəngin biomüxtəlifliyinin öyrənilməsi və qorunması üçün gənc kadrların yetişdirilməsi, bu sahədə aparıcı dövlətlərin təcrübəsinin mənimsənilməsi AMEA Zoologiya İnstitutunun rəhbərliyinin qarşıya qoyduğu prioritetlərdəndir.