XƏBƏRLƏR
3044 Arxiv

2017.11.16

Ağsu Təcrübə Dayaq Məntəqəsinin hesabatı açıqlandı

2017-ci ilin əvvəlində AMEA Zoologiya İnstitutun Ağsu Təcrübə Dayaq Məntəqəsinin 5 ha ərazisi təmizlənərək çəpərlənib. Bağ əkilməsi nəzərdə tutulan 7 ha ərazi ekskavatorla xəndəklənib. Məntəqənin həyətində artezan quyusu qazılıb, elektrik enerjisi təchizatı üçün 10 kilovoltluq elektrik xətti çəkilib, 160 kilovolt gücündə transformator yarımstansiyası quraşdırılıb, artezian, idarə binası və yardımçı binalar enerji ilə təchiz edilib.

Məntəqənin 7 ha ərazinin 1 ha sahəsində yonca, 1 ha-sında üzüm, 1 ha-sında da nar bağı əkilib. Qalan 4 ha-sında fındıq ağacları əkilib. 0.40 ha ərazidə əkilən kartof sahəsindən 4500 kq məhsul, 0.10 ha sarımsaq sahəsindən 500 kq məhsul toplanılıb.

2016-cı ilin payız fəslində 43 ha ərazidə taxıl əkilib, 42765 kq məhsul biçilib. Ondan 21465 kq arpa, 21300 kq buğda əldə edilib.

Məntəqənin həyətində 1000 ədəd tut ağacı əkilib və yetişdirilib. Məntəqədə saxlanılan 52 arı ailəsindən 300 kq bal məhsulu əldə edilib. 25 ha ərazidə şəkər çuğunduru əkilib, 110000 kq məhsul toplanaraq İmişli Şəkər Zavoduna təhvil verilib. Artıq payız əkini üçün 36 ha ərazi şumlanıb, 30 ha ərazi isə şumlanacaq.

Məntəqə ərazisində sahəsi 20x8 ölçüdə olan 6 istixana quraşdırılıb və onlar əkinə hazır vəziyyətə gətirilib. Daha 2 istixana quraşdırılma ərəfəsindədir.