Müdafiələr
129

“Azərbaycanın cənub-şərqində ağcaqanadların faunasının müasir vəziyyəti və onların abrovirusların keçirilməsində rolu” fəlsəfə doktoru dissertasiya işi

İddiaçı: Yeganə Əliqulu qızı Sultanova

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya: “Azərbaycanın cənub-şərqində ağcaqanadların faunasının müasir vəziyyəti və onların abrovirusların keçirilməsində rolu”

İxtisas: 2429.01-“Parazitologiya”

Elm sahəsi: Biologiya

Elmi rəhbər: Tibb elmlər doktoru Akif Əyyub oğlu Salehov

 Rəsmi opponentlər: Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” kafedrasının dosenti, 2429.01 – “Parazitologiya” ixtisası üzrə b.e.d. Etibar Nəsrulla oğlu Məmmədov, ARETN Zoologiya İnstitutunun Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının b.e.işçisi, 2429.01 – “Parazitologiya” ixtisası üzrə b.ü.f.d. Nuranə Əli qızı Hacıyeva, Sumqayıt Dövlət Universitetinin Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi 2429.01 – “Parazitologiya” ixtisası üzrə b.ü.f.d. Aysel Nuhbala qızı Ağayeva

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya şurası

15 dekabr 2023-cü il tarixində   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya şurasının növbəti iclası keçiriləcək. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu Publik Hüquqi Şəxsin dissertantı Yeganə Əliqulu qızı Sultanovanın 2429.01- “Parazitologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın cənub-şərqində ağcaqanadların faunasının müasir vəziyyəti və onların abrovirusların keçirilməsində rolu” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək.

Fəlsəfə doktorluğu dissertasiyasının tam mətni 

Fəlsəfə doktorluğu dissertasiyasının avtoreferatı: Azərbaycan dilində

Fəlsəfə doktorluğu dissertasiyasının avtoreferatı: İngilis dilində