"Lənkəran bölgəsində siçanlar və siçancıqkimilərin (Rodentia: Muridae, Cricetidae) helmintlərinin növ müxtəlifliyi, onların yayılmasının landşaft-ekoloji xüsusiyyətləri" : fəlsəfə doktoru dissertasiya işi
İddiaçı: Elnura Kamil qızı Aslanova
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya: Lənkəran bölgəsində siçanlar və siçancıqkimilərin (Rodentia: Muridae, Cricetidae) helmintlərinin növ müxtəlifliyi, onların yayılmasının landşaft-ekoloji xüsusiyyətləri
İxtisas: 2429.01 – Parazitologiya
Elm sahəsi: Biologiya
Elmi rəhbər: Biologiya elmləri doktoru, dosent Qara Hüseyn oğlu Fətəliyev
Rəsmi opponentlər: Biologiya elmləri doktoru, professor Saleh Heydər oğlu Məhərrəmov, tibb elmləri doktoru, professor Rafiq Ənvər oğlu Çobanov, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Amaliya Murad qızı Həsənova
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurası
10 iyun 2022-ci il tarixində saat 12:00-da AMEA Zoologiya İnstitutunun Dissertasiya şurasında AMEA Zoologiya İnstitutu “Parazitologiya” laboratoriyasının əməkdaşı Elnura Kamil qızı Aslanovanın 2429.01 – "Parazitologiya" ixtisası üzrə "Lənkəran bölgəsində siçanlar və siçancıqkimilərin (Rodentia: Muridae, Cricetidae) helmintlərinin növ müxtəlifliyi, onların yayılmasının landşaft-ekoloji xüsusiyyətləri" mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçiriləcək.
İclasda iştirak etmək üçün aşağıdakı linkə daxil olun:
https://us02web.zoom.us/j/82780418785?pwd=ZjdhRWJSa2N1QXVKaDB5SStNdEU3UT09
Fəlsəfə doktorluğu dissertasiyasının tam mətni
Fəlsəfə doktorluğu dissertasiyasının avtoreferatı: Azərbaycan dilində
Fəlsəfə doktorluğu dissertasiyasının avtoreferatı: ingilis dilində