Anadan Olduğu Yer: | Azərbaycan Respublikası, Oğuz şəhəri |
Təvəllüdü: | 04.01.1959 |
Bitirdiyi Ali Təhsil Müəssisəsi: | Bakı Dövlət Universiteti |
Elmi Dərəcəsi: | Biologiya elmləri doktoru, dosent |
Elmi Rütbəsi: | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı
Doktorluq dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun adı
| 2429.01 Parazitologiya
Şimali Azərbaycanda Melanopsis cinsindən olan mollyuskların partenit və serkariləri 2401.01 – 2429.01 Zoologiya, Parazitologiya Azərbaycanın su hövzələrində Melanopsis praemorsa (L) mollyuskunun trematod faunası (morfologiya, biologiya, ekologiya) |
Çapdan Çıxmış Elmi Əsərlərinin Ümumi Sayı: | 90 |
Xaricdə Çıxmış Elmi Əsərlərinin Sayı: | 42 |
Beynəlxalq Bazalarda Referatlaşdırılan və İndeksləşdirilən Jurnallarda Çap Olunan Məqalələrin Sayı: | 18 |
Müəlliflik Şəhadətnamələrinin və Patentlərin Sayı: | |
Kadr hazırlığı: | |
Fəlsəfə Doktorlarının Sayı: | |
Əsas Elmi Nailiyyətləri: | Melanopsis cinsli mollyuskların trematod faunasının mikromorfoloji tədqiqi. Elm üçün yeni olan 35 növ trematod təsvir edilmişdir. Trematodların morfobioloji quruluşuna dair mühüm təsnifat əhəmiyyətli əlamətlər müəyyən edilmişdir. Trematodların filogenezində virqulanın əmələ gəlmə və formalaşma yolu müəyyən edilmiş və bu strukturun trematodların taksonomik təyinatında yeri və roluna yenidən baxılmasının vacibliyi göstərilmişdir. Trematodların təsnifatında hetotaksiyanın mühüm əhəmiyyətə malik olduğu original faktlarla göstərilmiş və əlavə olaraq bu əlamətin ancaq differensasiyaedici əlamət kimi deyil, həm də etibarlı inteqrasiyaedici əlamət olduğu (morfoloji cəhətdən uzaq görünən növlərin filogenetik cəhətdən yaxın qohumluğunu sübut edən) göstərilmişdir. Respublika ərazisində insan və heyvanlar üçün ciddi pathogenliyi ilə seçilən trematod növlərinin ocaqları müəyyən edilmişdir. Balıqların parazitar xəstəliklərinin ( xüsusilə nərəkimilərin) diaqnostikası, profilaktikası və müalicəsi. |
Elmi Əsərlərinin Adları: H-index: |
2 |
Respublika, Beynəlxalq və Xarici Ölkələrin Elmi Qurumlarında Üzvlüyü: | AMEA Zoologiya İnstitutu Elmi şurasının və İxtisaslaşmış Müdafiə Şurasının üzvü |
Pedaqoji Fəaliyyəti: | 2008 -2014 - ci illərdə Bakı Dölət Universitetində, 2010-2017 - ci illər ərzində Azərbaycan Mühəndislər Universitetində Zoologiya, Parazitilogiya, Helmintologiya və s. fənnlərindən mühazirə və laboratoriya dərsləri aparılmışdır |
Təltif və Mükafatları: | AMEA-nın Fəxri Fərmanları “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının «Ən yaxşı vətənpərvər tədqiqatçı alim» qızıl medalı |
Əsas İş Yeri və Ünvanı: | AMEA Zoologiya İnstitutu, AZ1004, Azərbaycan Respublikası, Bakı ş., A.Abasovküç., 1128 döngə, 504 məhəllə |
Vəzifəsi: | “Parazitologiya” laboratoriyası - baş elmi işçi |
Telefon: | Xidməti Telefon: Mobil Telefon: Ev Telefonu:
|
Faks: | |
Elektron Poçtu: | asif_abbasoğlu@mail.ru |