ELANLAR
484
Arxiv

2024.03.10 11:21
ARETN Zoologiya İnstitutunda dissertasiya müdafiəsi keçiriləcək
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun dissertantı Bədirova Arzu İnşalla qızının 2429.01-"Parazitologiya" ixtisası üzrə “Lənkəran-Astara iqtisadi rayonunda ibtidai bağırsaq parazitlərinin (Eimeria, Cryptosporidium) bioekoloji xüsusiyyətləri və kimyəvi profilaktika tədbirləri” mövzusunda dissertasiya işinin müdafiəsi 15 mart 2024-cü il tarixində saat 14:00-da ARETN Zoologiya İnstitutunun nəzdində FD 1.09 Dissertasiya Şurasında keçiriləcək.
Dissertasiya şurası üzvləri və opponentlərin iştirakı mütləqdir.
Elmi rəhbər:
B.ü.f.d Sevinc Əlibaba qızı Məmmədova
Dissertasiya işinin rəsmi opponentləri
- ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş.e.işçisi, 2429.01 – “Parazitologiya” ixtisası üzrə b.e.d. Y.Ə.Mahmudova
- ADPU Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti, 2429.01 – “Parazitologiya” ixtisası üzrə b.ü.f.d. A.Z.Namazov
- Azərbaycan Tibb Universitetinin Normal Fiziologiya kafedrasının baş müəllimi, 2429.01 – “Parazitologiya” ixtisası üzrə b.ü.f.d. M.İ.Seyidbəyli
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.