ELANLAR
137 Arxiv

2022.05.04 13:42

Doktorant və dissertantların nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarına əsasən 01 yanvar 2021-ci il tarixindən etibarən xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, eləcə də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dilindən fəlsəfə doktoru imtahanları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

AMEA – nın Zoologiya İnstitutunda xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarının 2022-ci ilin iyun ayının 12-də, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dilindən fəlsəfə doktoru imtahanlarının isə iyun ayının 13-də keçirilməsi nəzərdə tutulur.