INSTRUCTION FOR READERS

1. Kitabxananın oxucuları (istifadəçiləri) 
Azərbaycan Respublikasının vətəndaşlarının Kitabxanadan istifadə hüququ vardır.


2. Oxucuların hüquqları
Oxucular kitabxana daxilində mövcud ədəbiyyata dair təklif olunan bütün xidmətlərdən istifadə hüququna malikdirlər. Bunlara kitab və kitabxana fonduna məxsus digər vəsaitlər daxildir.


3. Oxucuların kitabxanadan və oxu zalından istifadə qaydaları
3.1. Oxucunun istəyi ilə kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlər 10 (on) iş günü müddətinə rezervasiya oluna bilər. 
3.2. Kitabxanaya məxsus vəsaitlərin oxucu tərəfindən oxu zalından kənara çıxarılması qəti qadağandır. Kitabxanaya məxsus vəsaitləri oxu zalından kənara çıxaran oxucu qaydanı ardıcıl olaraq 2 dəfə pozmuş olarsa 3 ay müddətinə kitabxana xidmətlərindən istifadə hüququndan məhrum edilir. 
3.3. Oxu zalından çıxarkən oxucu istifadə etdiyi vəsaitləri kitabxanaçıya təhvil verməlidir.
3.4.Dissertasiyalar, jurnallar, bir nüsxədə olan və nadir kitablar yalnız oxu zalında istifadə olunur.


4. Oxucunun vəzifələri
4.1. Oxucu götürdüyü kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlərə qayğı və ehtiyatla yanaşmalıdır. Kitab və ya kitabxana fonduna məxsus digər vəsaitlərdən istifadə zamanı qadağan olunur:
- kitab və digər vəsaitlər üzərində qeydlər aparmaq;
- kitabın səhifələrini qatlamaq;
- kitabı axıradək açmaq məqsədilə cildini əzmək;
- kitabın səhifələrini cırmaq;
- kitabı 180o artıq açmaq;
- kitabxana fonduna məxsus vəsaitləri istifadədən sonra geri qaytarmamaq;
- kitabxanada siqaret çəkmək;
4.2. Kitab və ya kitabxana fonduna məxsus digər vəsaitləri aldıqda oxucu mütləq kitabın və ya digər vəsaitin tamlığını yoxlamalı və hər hansı bir çatışmazlıq aşkar etdikdə, bu haqda kitabxanaçıya məlumat verməlidir. Əks halda aşkar edilmiş çatışmazlıq son istifadəçinin məsuliyyəti kimi qəbul ediləcək, müəyyən olunmuş cərimə sonuncu oxucu tərəfindən ödəniləcək. 
4.3. Oxucu kitabxanada sakitliyə, təmizliyə və qəbul olunmuş qaydalara riayət etməlidir. Kitabxananın oxu zallarında müzakirə aparmaq, yüksək səslə və telefonla danışmaq, çay içmək, nahar etmək, oxu masasının üstünü zibilləmək, yerə zibil tökmək, oxu zalının oturucaqlarında uzanmaq, səsli audio - video material dinləmək, etik normalardan kənara çıxan davranış tətbiq etmək, qrup şəklində səsli müzakirələr aparmaq qəti qadağandır.


5. Oxucuların məsuliyyəti
5.1. Kitabxanaya və ya kitabxana fondlarına bilərəkdən və ya təsadüf nəticəsində ziyan (zərər) yetirmiş şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən maddi və cinayət məsuliyyəti daşıyır.
5.2. Kitab və ya kitabxana fonduna məxsus digər vəsaitə oxucu tərəfindən ziyan vurularsa (vərəqləri cırılarsa, ləkələnərsə, əzilərsə və s.) və ya itirilərsə oxucu mümkün qədər eynisi ilə, mümkün olmadığı hallarda, kitabxananın ekspert komissiyası tərəfindən müəyyən edilmiş eyni dəyərli vəsaitlə əvəz etməlidir. Vəsaiti əvəz etmək mümkün olmadığı hallarda isə, oxucu vəsaitin dəyərinin 10 (on) misli miqdarında cərimə ödəməlidir.
5.3. Kitabxanadan istifadə qaydalarını ardıcıl olaraq 2 (iki) dəfə pozan və təlimata riayət etməyən şəxslər kitabxana xidmətlərindən istifadə hüququndan 6 (altı) ay müddətinə məhrum edilirlər.
5.4. Kitabxana binasına və ya Kitabxana fondlarına maddi ziyan vurduğu təsdiqlənmiş və bu ziyanın ödənilməsindən boyun qaçıran şəxslərin Azərbaycan Respublikasının mülki, cinayət və inzibati qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunması üçün kitabxana aşağıdakı addımları atır:
- kitabxanaya vurulmuş ziyanın ekspert komissiyası tərəfindən dəyəri müəyyənləşdirilərək aktlaşdırılır;
- oxucu tərəfindən 5 (beş) iş günü müddətində əməli tədbir görülmədikdə, ona ilk yazılı xəbərdarlıq edilir;
- növbəti 5 (beş) iş günü müddətində də əməli tədbir görülmədikdə, oxucuya ikinci yazılı xəbərdarlıq edir, həmçinin xəbərdarlığın surətini institutun rəhbərliyinə göndərilir;
- ikinci xəbərdarlıq nəticəsində əməli tədbirlər görülmədikdə, kitabxana qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün hüquq xidmətinə müraciət edilir.


6. Kitabxananın oxuculara xidmət üzrə öhdəlikləri
6.2. Oxucuya kitabxanada mövcud olan bütün fondlardan istifadə üçün şərait yaratmalı.
6.3. Oxucu sifarişini mümkün qədər dərindən öyrənərək, mövcud vəsaitlər çərçivəsində tam və qısa müddətdə təmin etməli.
6.5. Oxuculara yüksək mədəni səviyyədə xidmət etməli, istək və sifarişini dolğun şəkildə ödəməli.
6.9. Kitabxana fondlarının mühafizəsini və istifadəsini təmin etməli, materialların tamlığını yoxlamalı, oxu zalından geri qaytarılmış kitablar və ya kitabxana fonduna məxsus digər vəsaitləri daxili qaydalara uyğun yerlərinə düzülməsini təmin etməli.
6.10. Oxucuya verilmiş vəsaitlərin xidmət müddəti bitdikdə geri qaytarılmasını təmin etməli.