NEWS
1068 Archive

2017.09.27

Zoologiya İnstitutu şəkər çuğundurunun yığımına başlayıb

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin elmi istiqamətlərindən biri də şəkər çuğundurunun zərərvericilərinin araşdırılması və onlara qarşı bioloji mübarizənin elmi əsaslarının hazırlanmasıdır.

Bu məqsədlə Mərkəzin əməkdaşları institutun Ağsu Təcrübə Dayaq Məntəqəsinin ərazisində İmişli şəkər zavodu ilə bağlanılan müqaviləyə əsasən əkilmiş çuğundur sahələrində mütəmadi olaraq müşahidələr aparır, zərərvericilərin və onların təbii düşmənlərinin növ tərkibini və bioloji xüsusiyyətlərini tədqiq edirlər.

Onu da qeyd etmək lazımdır ki, məntəqənin 25 hektar sahəsində  əkilən şəkər çuğundurunun bir hissəsi (20-22 ton) yığılaraq zavoda təhvil verilib. Məhsul yığımı hazırda davam edir.

Bu il Təcrübə Dayaq Məntəqəsinin ərzisində uzunluğu 20 m., eni 8 metr olan 6 ədəd istixana quraşdırılıb, istifadəyə tam hazır vəziyyətə gətirilib.

Çuğundur yığımından sonra işçi qüvvələri istixanalarda gələcəkdə ekoloji təmiz tərəvəz bitkilərinin becərilməsi üçün lazım olan işlərin görülməsinə yönəldiləcəkdir.

İnstitut əməkdaşları həmin istixanalarda becərilən tərəvəz bitkilərinin üzərində də fitopotoloji tədqiqatlarını davam etdirəcək və əldə edəcəkləri nəticələrin tətbiqinə nail olacaqlar.

Qeyd olunan işlərin müvəffəqiyyətlə həyata keçməsində əvəzsiz xidmətlərinə görə AMEA-nın prezidenti, hörmətli akademikimiz A.Əlizadə cənabına institut əməkdaşları dərin minnətdarlığını bildiririk.