NEWS
501 Archive

2019.12.19

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib

Dekabrın 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən söz açıb. Bildirib ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin yenidən təşkili ilə bağlı məqsədyönlü qərarlar verib, ciddi tədbirlər həyata keçirib. İ.Həbibbəyli qeyd edib ki, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi ilə ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələr genişlənməli, Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində işlər sürətlənməlidir.

Sonra İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov hesabatla çıxış edib. O qeyd edib ki, il ərzində “Elm” qəzetinin nömrələrində Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən informativ və analitik yazılar dərc olunub. “Elm və həyat” jurnalında isə ölkəmizin hüdudlarından kənarda yaşayan və dünyanın müxtəlif elm mərkəzlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin müsahibə və məqalələri yer alıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, ictimaiyyətlə əlaqələr şöbələri arasında əlaqələrin, təşkilati işlərin yüksək səviyyədə qurulması ilə bağlı müvafiq qərarlar verilib.