İnvaziv hidrobiontlar haqqında

Planetimizin hər qitəsinin, hər bölgəsinin, hər ölkəsinin və s. özünəməxsus
axar və durğun “daimi” su hövzələri və bu su hövzələrinə xas olan hidrobiontları
mövcuddur. Planetin su hövzələri duzluluğa görə 2 böyük qrupa – şirinsulu su
hövzələrinə və duzlu sulu su hövzələrinə bölünür. Ölkəmizdə hər iki qrup su
hövzələrinə rast gəlinir ki, bu da bizim təbiətin zənginliyini göstərən əsas
əlamətlərdən biridir.
Azərbaycanda indiyə qədər aparılmış hidrobioloji tədqiqatlarda Xəzər
dənizinin Azərbaycan sektorunun mezoplanktonunda 187 növ plankton
orqanizm ( bunların 16 növünü invaziv növlərdir), bioloji örtük faunasında 20
növdən çox ( bunların 9 növü invaziv növlərdir), bentosda 307 növ ( bunların
20-22 növü invaziv növdür), ixtiofaunada 75 növ (bunların 5 növü invaziv
növlərdir) balıq qeydə alınmışdır (А.Касымов, Ф. Аскеров, 2001; А.Касымов,
2004).
Aşağıda hidrobiontların tərkibində qeydə alınmış gəlmə (invaziv) növlərin
siyahısını təqdim edirik.


Xəzər dənizi üzrə invaziv növlər.
Mezoplanktonda 16 növ qeydə alınmışdır. Bunlar aşağıdakılardır:
Bağırsaqboşluqlular – Coelenterata.
Blackfordia virginica Mayer
Moerisia maeotica Ostroumov
Aurelia aurita ( Linnaeus)
Daraqlılar – Ctenophora.
Mnemiopsis leidyi Agassiz
Beroe ovata Mayer
B. cucumis Fabricus
Şaxəbığcıqlı xərçənglər – 4 növ
Pleopis polyphemoides (Leuckart)
Podon intermedius Lilljeborg
Penilia avirostris Dana
Moina mongolica Daday
Kürəkayaqlı xərçənglər – Copepoda –6 növ
Acartia clausi, Giesbrext
A.tonsa Dana
Oithona similis Claus,
Calanus euxinus (Hulsemann)
Sagitta setosa Müller
Calanipeda aquae –dulsis Kritchagin
Hazırda mezoplanktonda Mnemiopsis leidyi daraqlısı, Pleopis
polyphemoides şaxəbığcıqlı xərçəngi və Acartia clausi ilə A.tonsa kimi invaziv
növlər üstün inkişafa malikdirlər. M.leidyi daraqlısı Xəzər ekosistemində neqativ
dəyişmələrə səbəb olduğu halda, P. polyphemoides şaxəbığcıqlı xərçəngi və
Acartia cinsinə mənsub olan digər 2 növ kürəkayaqlı xərçənglər planktonafaq
balıqların qidasında mühüm rol oynayırlar.

Bioloji örtük təbəqədə 9 növ.
Polychaeta
Hediste (Nereis) diversicolor O.F.Müller
Mercierella enigmatica Fauvel
Cirripedia
Amphibalanus improvisus Darwin
A.eburneus Darwin
Decapoda
Palaemon elegans Rathke
P.adspersus (Rathke)
Rhithropanopeus harrisii (Gould)
Tanaidacea
Tanais cavolini Edwords
Mollusca , Bivalvia
Mytilaster lineatus (Gmel.)

Bentosda – 24 növ
Cnidaria
Garvelia franciscana Torrey
Platyhelmintes
Pentacoelum capsicum Beklem.
Annelida – Polychaeta
Alitta succinea (Leuckart)
Ficopomatus enigmaticus (Fauvel)
Hediste diversicolor (Müller)
Mollusca- Gastropoda
Lithoglyphus naticoides Pfeiffer
Tenella adspera Norman.
Bivalvia
Abra segmenta Recluz
Adacna colorata Eichw.
Dreissena bugensis (Androus.)
Mytilopsis leucophaeata (Conrad)
Arthropoda – Cirripedia
Amphibalanus eburneus Gould
A. improvisus Darwin
Corophium orientale Schell.
C.volitator (Pall.)
Iphigenella shablensis Carausu
Decapoda
Eriocheir sinensis Edward
Palaemon elegans Rathke
P.adspersus (Rathke)
Rhithropanopeus harrisii tridentatus Maitt.
Barentsia benedeni ( Foeti.)
Conopeum seurati (Canu)
Lophopodella carieri (Hyatt.)
Urnatella grasilis Leidy
Bentik qruplaşmada H. diversicolor, D. bugensis, M. leucophaeata,
A.eburneus, A. improvisus, P. elegans və P.adspersus kimi növlər çoxsaylı və
dominant növlər hesab olunur.

İxtiofaunada – 6 növ.
Xəzər dənizində 23 növ və y/növə aid invaziv balıq növləri qeydə
alınmışdır ( Богуцкая, Киящко и др. 2013). Dənizə gətirilmiş bu növlərdən
cəmi 6 növ hazırda da dənizin ixtiofaunasında rast gəlinir.
Amur enlibaşı-Pseudorasbora parva Temminck et Schlegel
Koreya kilqarını- Hemiculter leucisculus Basilewsky
Qızılı kefal-Liza aurata Risso
Sivriburun kefal-Liza saliens Risso
Adi qambuziya-Gambusia affinis Baird et Girard
Üçiynəli tikanbalıq – Gasterosteus aculeatus Linnaeus

Bunlarla yanaşı dənizdə Ağ amur və ağ qalınalın balıqlarına da rast gəlinir.
Məlumdur ki, bu balıqlar təbii şəraitdə yox, xüsusi təsərrüfatlarda süni yollarla
çoxaldılaraq artırılır. Onların Xəzərin iri çaylarının deltalarında peyda olması
faktı bu balıqların təsərrüfatlardan müxtəlif yollarla qaçmalarından irəli gəlir.
Bundan başqa müxtəlif yollarla Xəzər dənizinə gəlmiş və ya gətirilmiş bəzi
bentik orqanizmlər ( məs. P. elegans və P. adspisus) və balıqlar ( məs. Amur
enlibaşı, Koreya kilqarını, üçiynəli tikanbalıq və başqaları) Xəzər hövzəsi
çayları ilə respublikamızın daxili su hövzələrinə keçərək su tutarlarımızın
aparıcı növlərinə çevrilmişlər. Hazırda krivetlər durğun su hövzələrimizin
demək olar ki hamısında böyük biokütlə əmələ gətirmək qabiliyyətinə
malikdirlər. Hazırda Respublikamızda bu istiqamətdə bir sıra təsərrüfatlar da
yaradılmaqdadır.

Ədəbiyyat
А.Касымов, Ф. Аскеров – 2001. Биоразнообразие: Нефть и
биологические ресурсы Каспийского моря. Баку, изд-во
«Print.Studio» .325а.
А.Касымов, 2004. Экология планктона Каспийского моря. Баку,
изд-во “Adiloglu”- А.Р.Алиев, 545 с.
Н.Т.Богуцкая, П.В.Кияко, А.М.Насека, М.И.Орлова. Определитель
рыб и беспозвоночных Каспийского моря. Т.1, Рыбы и моллюски,
КМК 2013.