NEWS
3325 Archive

2017.06.16

AMEA Zoologiya İnstitutunun əməkdaşları tərəfindən yeni nəticələr əldə olundu

AMEA Zoologiya İnstitutunda 2016-cı ildən başlayaraq  tibb və ya aptek zəlisinin (Hirudo medicinalis officinalis)yetişdirilməsi istiqamətində təcrübələr aparılır. 

İnstitutun Mingəçevir Elmi-Təcrübə laboratoriyasında  saxlanılan zəlilər  barama vermişdir. Laboratoriyanın ərazisində zəliləri təbii şəraitdə saxlamaq üçün  xüsusi hovuzlar  vardır və orada zəlilərin təbii mühiti yaradılmışdır.  Hovuzlarda suyun səviyyəsinin azalmaması üçün vaxtaşırı su vurulur və  qamışlar seyrəkləşdirilir. Aprel ayında  hovuzlara üzərinə mamır döşənmiş, üzən substratlar da daxil edilmişdir. Hovuzlardan əldə olunmuş baramalar laboratoriyada xüsusi şəraitdə saxlanılır. Artıq baramalardan körpə zəlilər çıxmışdır. Laboratoriyada bu istiqamətdə tədqiqatlar davam edir.