NEWS
2128 Archive

2017.05.25

AMEA Zoologiya İnstitutunun əməkdaşları ukraynalı doktorantla birgə elmi ekspedisiyada olublar

Mayın 17-20-də Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşları ukraynalı doktorantla birgə elmi ekspedisiyada olublar.

Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının böyük elmi işçisi Mahir Hüseynov, Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Şəbnəm Fərzəli, baş laborant Ləman Dadaşova Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin Biologiya Fakültəsinin “Zoologiya və Heyvan ekologiyası” kafedrasının doktorantı Xomenko Andrey Nikolayeviçlə birlikdə beynəlxalq  elmi ekspedisiyada olublar.

Onlar ekspedisiya zamanı Şabran rayon Liman-Ağzıbir təsərrüfatında təqdiqat aparıb və oradan “Erpobdella sp. və Haementeria costata”, Zeyvə kəndindəki Əmbil gölündən “Erpobdella sp”., Nohurlar gölündən “Erpobdella sp.”, “Haementeria costata” və “Hirudo medicinalis orientalis”  zəli növləri toplayıblar.