NEWS
1848 Archive

2016.10.20

AMEA Zoologiya İnstitutunda Gənc Alimlər Şurasının iclası keçirildi

Zoologiya İnstitutunda20 oktyabr 2016-cı il tarixində  gənc alimlər şurasının iclası keçirildi. İclasda gənc alimləri maraqlandıran bir sıra gündəlik məsələlərə toxunuldu. İlk öncə Gənc Alim və Mütəxəssislər Şurasının sədri b.ü.f.d Səbinə Bünyatova Prezident mükafatına namizədlərin seçilməsi şərtlərini aydınlaşdırdı. Həmçinin xaricdə dokturantura təhsili haqqında iclas iştirakçilarına məlumat verdi.Sədr müavini -  k.e.işçi Səriyyə Qasımova asudə vaxtın keçirilməsi üçün xalça müzeyinə və “Art Payız ” kolleksiyasına getməyi təklif etdi.

Qeyd edək ki, prezident mükafatı almaq üçün doktorant Səbinə Həsənovanın namizədliyi irəli sürüldü. Xaricdə təhsil ilə əlaqədar iclasın  isə 01.11.2016 tarixində keçirilməsi vurğulandı.   Sonda şura iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, təkliflər müzakirə olundu.