NEWS
507 Archive

2024.04.16

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində təqdimat təşkil edilib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 10-cu sinif şagirdləri  Paşazadə Asi, Əliyeva Nuray, 9-cu sinif şagirdləri Araz Abbaszadə, Natəvan Dəmirova “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində final mərhələsinə hazırlıq üçün Zoologiya İnstitutunda  təqdimatla çıxış ediblər.

Tədbirdə AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvi Pənah Muradov,  Zoologiya İnstitutunun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov, hər iki institutun alim və mütəxəssisləri, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllimləri Xuraman İbayeva və Ülvi Həzizadə iştirak edirdilər. Sonda layihə ətrafında müzakirələr aparıldı, təkliflər verildi.