NEWS
2046 Archive

2020.04.14

Zoologiya İnstitutu əməkdaşının məqaləsi xarici jurnalda dərc edilib

AMEA Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov, Bolqarıstan Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolai Spassov və digər əməkdaşları ilə birgə son 2 ildə “Hirkan Milli Parkı” ərazisində Qafqaz bəbiri (Panthera pardus saxicolor Satunin, 1914) populyasiyası üzərində apardıqları müşahidələrin nəticəsi məqalə olaraq Çexiyanın “Lynx” jurnalında dərc etdirilib. Azərbaycanın Talış dağlarında Panthera pardusun mövcudluğuna dair yeni məlumatlar (Carnivora: Felidae) (“New data on the occurrence of Panthera pardus in the Talysh Mountains, Azerbaijan (Carnivora: Felidae)”) başlıqlı məqalədə Talış dağlarında kamera tələlər vasitəsilə qeydə alınan bəbir fərdləri, onların qida obyektləri və mühafizə tədbirlləri qeyd olunub. Azərbaycanda 2 bölgədə - Zəngəzur və Talış dağ silsilələrində rast gəlinən bu azsaylı mikropopulyasiyaların bütün regionda bu növün bərpası üçün əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Qafqaz bəbiri nəsli təhlükə həddində olan növ kimi Azərbaycan Respublikasınınn “Qırmızı Kitabı”na daxil edilib. Bu növün mühafizəsi və bərpası üçün dövlət qurumları və beynəlxalq təşkilatlar tərəfindən bir sıra tədqiqatlar və mühafizə tədbirləri aparılır.

Məqaləyə buradan keçid edə bilərsiniz.