NEWS
2262 Archive

2019.12.09

Zoologiya İnstitutu əməkdaşları “Bir gündə 650 min ağac əkək” aksiyasına qoşulublar

Dahi mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın “Bir gündə 650 min ağac əkək” aksiyasına AMEA Zoologiya İnstitutu da qoşulub. Belə ki, 06 dekabr 2019-cu il tarixində institut əməkdaşları tərəfindən Ağsu Təcrübə Dayaq Məntəqəsi ərazisində 1350 ağac əkilib.

Bununla bağlı keçirilən tədbirdə iş qabiliyyətini yüksəltmək məqsədi ilə 4 nominasiya üzrə oyun keçirilib. Qalib və fəal iştirakçılar mükafatlandırılıb.

Dahi şair İmadəddin Nəsiminin əziz xatirəsinə həsr olunan bu aksiya ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin çirklənməsinin qarşısının alınmasında ciddi rol oynayacaq və respublika ərazisinin yaşıllaşdırılması istiqamətində gələcəkdə öz töhfəsini verəcək.