NEWS
1553 Archive

2018.10.23

Zoologiya İnstitutunun Qadınlar Şurasının növbəti iclası keçirilib

19 oktyabr 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunun Qadınlar Şurasının növbəti iclası keçirilib. İclas Beynəlxalq Qızlar Gününə həsr edilib. İclası şuranın sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Mahmudova açaraq iştirakçılara 11 oktyabr 2012- ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” elan edilməsi, bu günün keçrilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlanlar və qizlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəldilməsi haqqında iclas iştirakçılarını məlumatlandırıb. Y. Mahmudova xalqın ən böyük problemi Qarabağ müharibəsi və torpaqlarmızın işğaldan azad edilməli olduğu üçün, bu müharibənin xalqımıza, o cümlədən qadınlarımıza və qızlarımıza bütövlükdə genafondumuza vurduğu zərbə haqqında danışıb və bəzi statistik rəqəmləri iştirakçıların nəzərinə çatdırıb.

Y.Mahmudova gündəlikdə duran iki məsələni “Qızların həyatında rol oynayan müsbət və mənfi faktorlar”, “ İnstitutuda çalışan gənc qızların problemləri və onların həll yolları” mövzularını iclas iştirakçılarının nəzərinə çatdırıb. Şura sədri çıxışında qeyd edib ki, bu tədbirin keçirilməsində məqsəd gənc qızların erkən ailə qurmaları, bu nigahların onların həyatına mənfi təsiri, qızların elmdən və məktəbdən uzaq duşmələri , onların gələcək həyatlarında əsarət altında yaşamalarına səbəb olmasıdır.

İclasda İnstitutun elmi işçiləri Mütəllibova Nərmin “Erkən nigaha YOX ” və Məmmədova Zeynəb “Qız - ata münasibəti” adlı mövzularla çıxış edib, bu mövzular haqqında hazırladıqları video çarxları iştirakçılara təqdim ediblər.

Sonda gənc qızların problemləri ilə əlaqədar söhbətlər və diskussiyalar aparılıb, təkliflər dinlənilib.