AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün düşərgə təşkil ediləcək


A- A A+

AMEA rəhbərliyinin və İşlər İdarəsinin yaxından dəstəyi ilə Azad Həmkarlar İttifaqı Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Elm” İstirahət Mərkəzində AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün düşərgə təşkil edir.

Düşərgədə 8-13 yaş arası məktəbli uşaqların (qız və oğlanlar) istirahəti nəzərdə tutulur. İstirahət müddəti hər biri 14 gün olmaqla 4 növbədə təşkil edilir:

I növbə - 8 iyul – 22 iyul

II növbə 24 iyul – 5 avqust

III növbə 7 avqust – 19 avqust

IV növbə 21 avqust – 3 sentyabr

Uşaqlar hər birində 1 tərbiyəçi olmaqla 10 nəfərlik qrup halında (qızlar və oğlanlar ayrı-ayrı olmaqla) düşərgə ərazisində olan 8 ədəd müasir tipli kotteclərdə istirahət edəcəklər. 

Düşərgənin ərazisində 100 nəfərlik yeməkxana, 2 ədəd dayaz hovuz, intellektual oyun meydançası, mini zoopark, 2 ədəd istirahət köşkü, həkim məntəqəsi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə futbol, voleybol meydançası, bilyard və stolüstü tennis, şahmat, dama, domino oyunları üçün xüsusi sahələr var.

Həmçinin uşaqların istirahət dövründə Azad Həmkarlar İttifaqının “Zirvə” instrumental ansamblı və Folklor İnstitutunun “Qorqud” folklor qruputərəfindən konsertlər təşkil ediləcək.

Uşaqların mədəni istirahətlərinin təşkili üçün Abşeron yarımadasında yerləşən mədəni-tarixi obyektlərə (M.Muxtarovun bağ evi, H.Z.Tağıyevin bağ evi, S.Yeseninin ev muzeyi, “Qala” tarixi memarlıq qoruğu, “Binə” atçılıq mərkəzi, “Qobustan” Dövlət tarixi-bədii qoruğu,  Zirə Eko parkı) ekskursiyalar təşkil ediləcək. Həmçinin Xəzər dənizinin mühafizə olunan çimərlik zonasında istirahət də nəzərdə tutulur.

Bir növbə üçün adambaşı ödəniş haqqı 200 manatdır. Ödənişin 50%-i (100 manat) İlk Həmkarlar Təşkilatı tərəfindən maliyyələşdiriləcək.

Maraqlananlar AMEA Azad Həmkarlar İttifaqına müraciət edə bilərlər.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.

Tel: (+994 12) 539 23 46.

http://science.gov.az/news/open/6058

: 313


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.