Əsas elmi istiqamətlər

Zoologiya institutunun elmi tədqiqatlarının əsas istiqamətləri:

  • Azərbaycanın heyvanlar aləminin tədqiqi;

  • Heyvanlar  aləminin müxtəlif  qruplarının müasir vəziyyətinin araşdırılması;

  • Müxtəlif  biosenozlarda heyvanların rolunun müəyyənləşdirilməsi;

  • Parazitar və təbii ocaqlı xəstəliklərin ləğv edilməsinin bioloji əsasalarının hazırlanması;

  • Parazitar xəstəliklərin törədicilərinin biomüxtəlifliyinin, növ daxili dəyişkənliklərinin və ekoloji xüsusiyyətlərinin öyrənilməsi;

  • Parazitar xəstəliklərin törədicilərinin parazit-sahib sistemində qarşılıqlı əlaqələrinin öyrənilməsi;

  • Həşəratların say dinamikasının və yayılma qanunauyğunluqlarının araşdırılması;

  • Kənd təsərrüfatı bitkilərinin bioloji mühafizəsinin elmi və praktiki əsaslarının hazırlanması, zərərvericilərin sayının bioloji üsullarla tənzimi;

  • Azərbaycanın su hövzələrinin hidrofaunasının tədqiqi;

  • Su və torpaq biotoplarında yaşayan onurğasız heyvanların biomüxtəlifliyinin və  ekoloji xüsusiyyətlərinin öyrənilməsi;

  • Xəzər dənizi və Kür çayı hövzələrinin bioloji məhsuldarlığının tənzim edilməsinin elmi əsaslarının hazırlanması;

  • Onurğalı  heyvanların biologiyası və ekologiyasını müəyyənləşdirməklə onların faydalılarından istifadə edilməsi, zərərli formalara qarşı mübarizənin elmi əsaslarının hazırlanması;

  • Nəsli kəsilməkdə olan və nadir balıq növlərinin akvakultura şəraitində artırılması;

  • Azərbaycanın heyvanlar aləminin öyrənilməsində kosmik tədqiqat, informasiya texnologiyaları və molekulyar bioloji tədqiqat üsullarının tətbiqi.