İLANLAR


A- A A+

Sehrlidir, sirlidir ilanların həyatı

Hər kəs düşər lərzəyə eşidəndə bu adı

Uzunsovdur bədəni, yoxdur əli, ayağı

 Lənətlənib əzəldən, həm qarası, həm ağı

 

Həyətlərə girərsə, bərəkətdir deyərlər

Amma, qisas alan «yeddi qardaş» deyillər

Çox rəvayət, nağıllar qoşublar ilanlara

 Gərək dürüst tanıyıb dost olasan onlara

 

Bəziləri zəhərli, dişində zəhəri var

Bəziləri zəhərsiz, görkəmində zəhri var

Bəziləri xırdadır, bənzərlər soxulcana

Bəziləri nəhəngdir, salarlar qorxu cana

 

Zəhərlidə baş yastı, quyruq qısa, bel qalın

Bədənində, başında pulcuqları xeyli narın

Zəhərsizin başında pulcuq olmur, lövhə var

Nazik başla bədəni, quyruğu uzun olar

 

Pusqu qurub ov edər, siçovul, siçan yeyər

İnsan görcək fısıldar, oyuqlarda gizlənər

Baxışı sərt, soyuqdur, mərd olarlar döyüşdə

Əgər sancsa bir kəsi, günah onun özündə!

 

AMEA Zoologiya İnstitutu

Biologiya üzrə fəlsəfə doktoru, Təvəkkül İsgəndərov

: 104


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.