Kitabxananın tarixi


A- A A+

Zoologiya İnstitutunun kitabxanası

 

1938-ci ildə təşkil olunan AMEA Zoologiya institutunun elmi kitabxanası respublikanın zəngin kitabxanalarından biridır. Kitabxananın ilk müdiri S.Zeynalova, sonralar isə kitabxana rəhbəri T.Qəribova təyin olunuşdur. 1973-cü ildən  2014-cü ilədək kitabxana müdiri S.Əliyeva olmuş, hal-hazırda isə bu  vəzifədə V.Məmmədova çalışır.

Təhsil və informasiya funksiyalarını yerinə yetirən İnstitutun Elmi kitabxanası elmi işçilərin, müəllim və tələbələrin elmi-pedaqoji fəaliyyətini kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə Respublikanın İnstitut və Universitetlərinə kadr hazırlığında yaxından köməklik göstərir.

Zəngin fonda malik olan kitabxanada Azərbaycan, rus, ingilis və digər dillərdə olan 20000 (təxmini) nüsxədən artıq çap məhsulu saxlanılır. Bunlardan 950 kitab ingilis dilindədir. Hal-hazırda kitabxana fondunda biologiyanın müxtəlif sahələri üzrə müdafiə olunmuş 441 nüsxə dissertasiya saxlanılır.

Elmi kitabxana həm respublika elmi-tədqiqat institutları və ali məktəb kitabxanaları ilə, həm də xarici ölkələrin institut və universitetləri ilə informasiya mübadiləsi aparır. Kitabxana eyni zamanda  abunə yolu ilə müxtəlif dövrü nəşrlər və 5 adda referativ jurnal (Р.Ж. Ихтиология, Р.Ж. Энтомология, Р.Ж. Зоология общая. Зоология беспозвоночных, Р.Ж. Териология, Р.Ж. Гидробиология) alır.

İnstitut rəhbərliyi tərəfindən 2015-ci ildə yaradılan komissiya tərəfindən kitabxana fondu təftiş edilmiş, köhnəlmiş və elmi dəyərini itirmiş kitablar çıxdaş edilmiş, kitabxana fondu yenidən təşkil olunmuşdur.

İnternet vasitəsi ilə alimlərin, müəllim və tələbələrin informasiyaya olan tələbatının ödənilməsinə nail olmaq məqsədilə elektron kitabxana xidmətlərinin təşkilini üçün kitabxananın fondunda saxlanılan kitabların elektron kataloqu və elektron kitabxananın yaradılması üzərində işlər aparılır.

Hazırda kitabxana ildə abonementdə və oxucu zalında 565 oxucuya xidmət edir. 

: 775


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.