"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanacaq


Mühüm hadisələr
A- A A+

Oktyabrın 16-da saat 11:00-da “Hilton” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçiriləcək.

Mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc mütəxəssislərin müxtəlif elm sahələri üzrə əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlərin müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.

“2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, yüksək impakt faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilməsi, beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.

http://science.az/news/open/6545

: 166


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.