“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb


Yeni nəşrlər
A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 12 yanvar 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə akademik Həsən Əliyevin 110 illiyinə həsr olunan respublika elmi konfransı, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Monqolustanın ölkəmizə yeni təyin olunmuş səfiri Bold Ravdanla görüşü, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2017-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında hesabatı, Naxçıvan Bölməsinin 2017-ci ilə həsr olunan hesabat iclası, Orfoqrafiya Komissiyasının növbəti yığıncağı, AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan "Mənəvi sərvətlərimizin sorağında" konfransı, Mərkəzi Elmi Kitabxana ilə Azərbaycan qəzeti arasında imzalanmış əməkdaşlıq müqaviləsi və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Alim və müəllim", "Dönüb geriyə baxarkən", "Geofizika elminə həsr olunmuş ömür", "Maraqlı rəqabət şəraitində", "Riyaziyyat elmlərin açarıdır", "Alim, pedaqoq, təşkilatçı" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Некоторые итоги завершившегося года», «В Отделении наук о Земле», «Через два года - в Science City», «Письмо в редакцию», «Точка опоры», «К истории гуманизма: взгляд из XXI века», «Десять научных прорывов 2017 года», «Наука для дипломатии м дипломатия в науке» və s. kimi məqalələr də yer alıb.

http://science.gov.az/news/open/7173

: 48


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.