AMEA magistrantlarının sessiya imtahanlarına start verilib


Mühüm hadisələr
A- A A+

Bu gün AMEA magistrantlarının sessiya imtahanlarına start verilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində keçirilən imtahanda “Kompüter mühəndisliyi” ixtisası üzrə 1, “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisası üzrə 2 və “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisası üzrə 1 magistrant iştirak edib.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 20 dekabr 2017-ci il tarixli sərəncamına əsasən, magistrantların 2017/2018-ci tədris ili üzrə qış imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılıb.

Növbəti imtahanlar 16, 22, 26 və 30 yanvar tarixlərində keçiriləcək.

http://science.gov.az/news/open/7142

: 80


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.