AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib


Konfranslar, iclaslar
A- A A+

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarova 90 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Sonra iclasda elmi-təşkilati məsələlərə baxılıb. Rəyasət Heyəti Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, onun əsərlərinin 10 cildliyinin nəşrə hazırlanmasını qərara alıb. Bununla bağlı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinə müvafiq tapşırıqlar verilib.

Daha sonra ölkə başçısı İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı müzakirə edilib və təsdiqlənib. AMEA-nın əlaqədar institutlarının rəhbərlərinə planın icrası ilə bağlı tapşırıqlar verilib.

Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Xaqani Eynullazadənin ABŞ-ın Şimali Karolina Universitetinə 6 ay müddətinə ezam edilməsi təsdiq edilib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə kimya üzrə elmlər doktoru Kazım Quliyev AMEA-nın Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə  təyin olunub. 

http://science.az/news/open/6783

: 89


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.