НОВОСТИ
510

2024.05.01

ARETN Zoologiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib

30 aprel 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib. İnstitutunun baş direktoru, a.e.ü.f.d, dosent Ələddin Eyvazovun sədrliyi ilə keçirilən iclasda Tətbiqi Zoologiya mərkəzinim elmi işçisi Ləman Dadaşovanın “Hirudoterapiyada Hirudo orientalis Utevsky & Trontelj 2005 növünün istifadəsi və çoxaldılması” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə həmçinin, institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov, Parazitologiya laboratoriyasının müdiri b.e.d Asif Manafov da  çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıb.