XƏBƏRLƏR
905
Arxiv
2024.05.01
ARETN Zoologiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib
30 aprel 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib. İnstitutun baş direktoru, a.e.ü.f.d, dosent Ələddin Eyvazovun sədrliyi ilə keçirilən iclasda Tətbiqi Zoologiya mərkəzinin elmi işçisi Ləman Dadaşovanın “Hirudoterapiyada Hirudo orientalis Utevsky & Trontelj 2005 növünün çoxaldılması və tətbiqi" mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə həmçinin, institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov, Parazitologiya laboratoriyasının müdiri b.e.d Asif Manafov da çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.