2024.04.19
Dissertasiya şurasının növbəti iclası keçirilib
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 1.09 Birdəfəlik Dissertasiya şurasının növbəti iclası keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti (Baytarlıq təbabəti və zoomühəndislik) fakültəsinin Əczaçılıq (Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası) kafedrasının doktorantı İlahəxanım Tofiq qızı Məmmədzadənin 3209.01–«Farmakologiya, kilinik farmakologiya» ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Bir sıra ishaləleyhi dərman bitkilərinin kimyəvi preparatlarla kompleks şəkildə buzovlarda tətbiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi məsləhətçisi biologiya elmləri doktoru, professor Famil Nəsir oğlu Nəsibovdur.
Sonda İlahəxanım Tofiq qızı Məmmədzadənin 3209.01–«Farmakologiya, kilinik farmakologiya» ixtisasında “Bir sıra ishaləleyhi dərman bitkilərinin kimyəvi preparatlarla kompleks şəkildə buzovlarda tətbiqi” adlı dissertasiya mövzusunun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.