НОВОСТИ
885

2024.04.09

ARETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

9 aprel 2024-cü il tarixində Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilmişdir. İclası giriş sözləri ilə açan institutun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib. 

İcraçı director b.e.d., dosent Elşad Əhmədov əməkdaşların elm-tədqiqat jurnalları və Fərdi iş planları haqqında məlumat verib.

Daha sonra Tətbiqi Zoologiya mərkəzinin elmi işçisi İnstitutun 2401-01 “Zoologiya” ixtisası üzrə sabiq doktorantı Ləman Dadaşova  və Parazitologiya loboratoriyasının elmi işçisi 2429.01 “Parazitologiya” ixtisası üzrə doktorantı Suman Həsənovanın dissertasiya işinin adında qismən dəyişiklik edilməsi haqqında, Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Ellada Hüseynovanın “Azərbaycanda qızıl böcəklər fəsiləsinin faunistik təhlili” adlı məruzəsi haqqında, Quru onurğalıları laboratoriyasının kiçik elmi işçisi Aqil Hacıyevin “Ceyrançöl və Qobustanda bəzi məməli növlərin morfoloji və çoxalma xüsusiyyətlərinin müqayisəli təhlili” haqqında məruzələrlə çıxış ediblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.