НОВОСТИ
1002

2024.02.22

Odlar Yurdu Universitetinin tələbələri Zoologiya İnstitutunda olublar

22 fevral 2024-cü il tarixində Odlar Yurdu Universitetinin təbiət və texnologiya  fakültəsinin 4-cü kurs tələbələri ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə olmuş və muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan və dünya faunasına aid olan balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərə məxsus müqəvva, skelet və yaş preparatlardan ibarət kolleksiya ilə yaxından tanış olublar. Daha sonra onlar ETN Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasında olublar. Laboratoriyanın əməkdaşı Türkan Qurbanova tələbələri birhüceyrəli hüceyrədaxili parazitlər haqqında məlumatlar ilə tanış edib. Bu parazit orqanizmlərin tədqiq edilmə metodları, daimi preparatların hazırlanması və onların mikroskop vasitəsi ilə necə tədqiq edilməsi haqqında geniş məlumat əldə etdilər. Sonda hər bir tələbə müxtəlif sahiblərdən hazırlanmış daimi qan preparatlarını mikroskop vasitəsi ilə tədqiq edib.