НОВОСТИ
912

2024.02.15

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib

15 fevral 2024-cü il tarixində ARETN Zoologiya institutunda Zoologiya seksiyanın 2024-cü ildə Zoom platforması üzərindən 2-ci iclası keçirilmişdir. Mütəxəssislər biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2 dissertasiya mövzusunu müzakirə etmişlər.  Baytarlıq Elmi-Tədqiqat İnstitutunun fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantı Qənbərov Həsən Hüseyn oğlunun 2429.01-Parazitologiya ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “Naxçıvan MR Culfa rayonu ərazisində qoyunlarda fassiolyozun epizootologiyası və onlara qarşı yeni anthelmint preparatlarla müalicə-profilaktika tədbirlərinin aparılması”  adlı dissertasiya mövzusu (Elmi rəhbər: Biologiya elmləri doktoru, professor,  AMEA-nın müxbir üzvü Saleh Heydər oğlu  Məhərrəmov) və BDU-nun fəlsəfə doktoru proqramı üzrə Zoologiya və fiziologiya kafedrasının qiyabi doktorantı Qədirzadə Firuzə İmran qızının 2401-01 “Zoologiya” ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirəcəyi “Heydər Əliyev adına Beynəlxalq Hava Limanında uçuşların təhlükəsizliyinin ornitoloji tədqiqi” dissertasiya mövzusu (Elmi rəhbər:  BDU-nun Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent, Əbülfəz Nağı oğlu Tağıyev) müzakirə olundu.

Birinci mövzu üzrə iclasın sədri, b.e.d., AMEA-nın müxbir üzvü İlham Ələkbərov, a.e.ü.f.d., dosent  Ələddin Eyvazov, b.e.d. Elşad Əhmədov, b.ü.f.d. Barat Əhmədov, b.ü.f.d. Təvəkkül İsgəndərov iştirak edib. Aparılan müzakirələrdən sonra qərara alındı ki, dissertasiya işinin mövzusu Aqrar elmləri üzrə Parazitologiya ixtisasına aid olduğu üçün uyğun elm sahəsində yenidən müzakirəyə təqdim edilməlidir.  

İkinci mövzu üzrə iclasın sədri, b.e.d., AMEA-nın müxbir üzvü İlham Ələkbərov, a.e.ü.f.d., dosent Ələddin Eyvazov, b.e.d. Elşad Əhmədov, b.e.d. Tahir Kərimova, b.ü.f.d. İlhamə Kərimova, b.ü.f.d. Səbinə Bünyatova iştirak edib. Aparılan müzakirələrdən sonra qərara alındı ki, dissertasiya mövzusu “Heydər Əliyev adına Beynəlxalq Hava Limanında uçuşların təhlükəsizliyinin ornitoloji tədqiqi” adı ilə təsdiq edilsin.

Sonda müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.