НОВОСТИ
829

2024.02.01

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib

1 fevral 2024-cü il tarixində ETN Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən Zooloji seksiyanin Zoom platforması üzərindən növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın müxbir üzvü İlham Ələkbərov tədbir iştirakçılarını salamlayıb. İclasda Baytarlıq Elmi-Tədqiqat İnstitutu Parazitologiya şöbəsinin elmlər doktoru proqramı üzrə doktorantı, b.ü.f.d., dosent Aygün Aydın qızı Əzizovanın doktorluq dissertasiyasının elmi məsləhətçisi, biologiya elmləri doktoru Z.M.Məmmədovun rəhmətə getməsi ilə əlaqədar elmi məsləhətçi kimi ARETN Zoologiya institutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru A.A.Manafovun təsdiq olunması və “Şirvanın dağlıq və aran ərazilərində xırdabuynuzlu heyvanların helmint faunasının bio-ekoloji xüsusiyyətləri” adlı dissertasiya işinin adında qismən dəyişiklik edilərək “Şirvan coğrafi bölgəsində xırdabuynuzluların parazit ibtidailəri və helmint faunasının morfoloji, bioloji, taksonomik tədqiqi və epizootoloji təhlili” kimi təsdiq olunmasına icazə verilməsi məsələləri müzakirə olunmuşdur.