НОВОСТИ
682

2023.12.18

Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.

Dekabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə ictimaiyyət nümayəndələri görkəmli alimin Fəxri Xiyabandakı məzarını ziyarət edib, abidəsi üzərinə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan tədbirdə akademik Mirəsədulla Mirqasımovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyinin “Heydər Əliyev İli”nə təsadüf etməsinin olduqca əlamətdar olduğunu, həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin görkəmli alimin fəaliyyətinə daim yüksək qiymət verdiklərini söyləyib.

https://science.gov.az/az/news/open/27463