НОВОСТИ
720

2023.12.14

Quru onurğalıları laboratoriyasının əməkdaşları Qızılağac Milli Parkı ərazisində ekspedisiyada olub

ARETN Zoologiya İnstitutu “Quru onurğalıları” laboratoriyasının əməkdaşları- b.ü.f.d., Təvəkkül İsgəndərov,  b.e.d., Tahir Kərimov,  b.ü.f.d., Gülbəniz Qasımova və laborant Zivərxanım İbrahimli 7-11 dekabr 2023-cü il tarixində Qızılağac Milli Parkı ərazisində ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi qış mövsümündə hava (temperatur, işıqlanma, yağış, külək, duman) və yemlənmə şəraitlərinin quru onurğalılarının (amfibi, reptili, quşlar, məməlilər) sutkalıq fəallıqlarına təsirini öyrənmək olmuşdur. Bunun üçün marşrut və stasionar müşahidə metodlarından istifadə olunub. Parkın Xəzər akvatoriyasındakı Böyük və Kiçik körfəzlərində, habelə quru sahil ərazilərində müşahidələr və qeydiyyatlar aparılmışdır. Rast gəlinən və müşahidə edilən növlər qeydə alınıb.