НОВОСТИ
785

2023.12.07

Zoologiya İnstitutunun əməkdaşı AZƏRTAC-a müsahibə verib

ARETN Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov Zəngəzur Milli Parkının 20 illiyi münasibətilə AZƏRTAC-a müsahibə verib.

E.Əsgərovun sözlərinə görə, məməli heyvanlardan bəbirin ən stabil populyasiyası Naxçıvandadır. Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində Naxçıvanda, Zəngəzur Milli Parkında quraşdırılmış foto-video tələlər vasitəsilə bəbir populyasiyasının müşahidəsi aparılır: “İndiyə kimi kameralar qarşısında doqquz bəbir anadan olub, böyüyüb və digər ərazilərə yayılıb. Hətta elələri var ki, Türkiyəyə - Qara dəniz sahillərinə gedib çıxıb. Doqquz bəbirin dünyaya gəlməsi Qafqaz regionu üçün əlamətdar hadisədir. Çünki bəbir Qafqazda nəsli kəsilmiş hesab olunurdu. Əvvəllər həmin heyvanlar İrandan gələr, az müddət qalar, ya qayıdıb gedər və ya digər ölkələrə keçərdilər.

https://azertag.az/xeber/zengezur_milli_parki_zengin_fauna_alemi_ile_ferqlenir-2663486