НОВОСТИ
835

2023.12.01

ARETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

1 dekabr 2023-cü il tarixində  Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktoru vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib. İnstitutda müvafiq laboratoriyalar üzrə yekun işlərin müzakirəsi keçirildi. Ümumilikdə 4 mövzuya daxil olan 11 yekun iş müzakirə olundu.

İclasda Protozoologiya, Parazit-Sahib münasibətlərinin biokimyası laboratoriyasının və Parazitologiya laboratoriyasının yekun hesabatları dinlənilib. Protozoologiya laboratoriyasının yekun hesabatı haqqında AMEA-nın müxbir üzvü, professor  İlham Ələkbərov, b.ü.f.d. Türkan Qurbanova, Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyasının yekun hesabatı haqqında b.e.d., dosent Elşad Əhmədov, b.e.d., professor Şəfiqə Topçiyeva, Parazitologiya laboratoriyasının yekun hesabatları haqqında b.e.d., dosent Asif Manafov, b.e.d., dosent Yeganə Mahmudova, b.e.d., dosent Əli Nəsirov, b.e.d., dosent Mahir Hüseynov məruzələrlə çıxış edib. Təhsil şöbəsinin müdiri b.ü.f.d. Şəfa Xasayeva doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məlumat verib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.