НОВОСТИ
897

2023.11.07

Zoologiya İnstitutunda Zəfər gününə həsr olunan tədbir keçirilib

7 noyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunda YAP İlk Partiya təşkilatı, Qadınlar şurası və Gənc Alimlər və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə  Zəfər gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru  vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov Zəfər səlnaməsinin  xronologiyası” adlı məruzə ilə tədbiri açıq elan edib. O, bildirib ki, 8 noyabr Zəfər günü- Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Daha sonra İnstitutun “Yeni Azərbaycan Partiyasının” təşkilat sədiri, b.ü.f.d. Hafiz Muxtarov “Cənab prezident İlham Əliyev son 200 ilin fatehidir”, Qadınlar Şurasının sədri b.e.d Yeganə Mahmudova “XXI əsr Azərbaycan ordusunun əsridir”, Quru onurğalıları laboritoriyasının k.e.i Leyla Əhmədli “Zəfərin gəncləri”, Parazitologiya laboratoriyasının kiçik elmi işçisi Aynur Hacıağayevaya ”Zəfərimizin müjdəçisi, üç rəngli bayrağımız Qarabağda”, Qadınlar Şurasının fəxri üzvi Dilarə Nağıyeva isə “Milli dəyərlərin qorunması” mövzusunda məruzələrlə çıxış ediblər.

Dilarə Nağıyeva həmçinin institutun Fəxri fərmanı ilə təltif edilib. Qonaq öz növbəsində gətirdiyi kitablarını da Ə. Eyvazova hədiyyə edib.

Tədbirdə Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllimi və şagirdləri- Paşazadə Asi, Əliyeva Nuray iştirak edib.

Tədbirin sonunda “Zəfər gününə” həsr edilən video-çarx nümayiş etdirilib.