НОВОСТИ
600

2023.06.20

Zoologiya İnstitutunun əməkdaşları Fəxri Fərmanla təltif olunub

ETN Zoologiya İnstitutunun əməkdaşları  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

İclasda baş direktoru vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov  və icraçı direktor b.e.d., dosent Elşad Əhmədov , Quru onurğalılar laboratoriyasının elmi işçisi Elşad Əsgərov  AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar .

Sonda konfrans iştirakçıları AR ETN Zoologiya İnstitutunun fəaliyyətini əks etdirən sərgi materialları ilə tanış olublar.